Honq-Konqda qasırğa səbəbindən 100-dən çox aviareys ləğv edilib

0

Honq-Konq hava limanında qasırğa səbəbindən 101 reys təxirə salınıb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bunu hava limanının elektron tablosunun məlumatları göstərir.

Honq-Konq Meteoroloji Rəsədxanası bu il ilk dəfə olaraq şəhər ərazisində fırtına xəbərdarlığı səviyyəsini T8 səviyyəsinə qaldırıb. “South China Morning Post” xəbər verir ki, ictimai nəqliyyatın hərəkəti tamamilə dayandırılıb.

Sakinlərin və turistlərin ərzaq ehtiyatı saxlamaq üçün mağazaları doluşduğu qeyd edilir. Şəhər rəhbərliyi sakinləri yüksək dağlıq əraziləri və sahil zolağını tərk etməyə çağırır.

Meteoroloqların məlumatına görə, qasırğa şəhərdən 330 km cənubda yerləşir və şimal-qərbə doğru irəliləyir. Hazırda küləyin sürəti təxminən 58 m/s təşkil edir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »