Ermənistan Silahlı Qüvvələrinin əsgəri Edqar Aleksanyan odlu silahdan açılan atəş nəticəsində ölüb.
İctimai Rəy “Report”a istinadən xəbər verir ki, məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, sentyabrın 2-də səhər saatlarında hərbi hissələrdən birində Edqar Aleksanyanın meyiti aşkarlanıb. Hadisənin səbəbi və şəraiti araşdırılır.