Yeni epidemiya: 57 nəfər xəstəxanalıq oldu, 9 nəfər öldü

0

ABŞ-da doqquz nəfərin ölümü ilə nəticələnən böyük bir listerioz epidemiyası qeydə alınıb.

İctimai Rəy oxu.az-a istinadən bildirir ki, bu barədə məlumat ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) rəsmi saytında yerləşdirilib.

Son məlumatlara görə, 57 nəfər xəstəxanaya yerləşdirilib, doqquz nəfər isə ölüb.

Qeyd olunur ki, bu, 2011-ci ildən bəri ən böyük listerioz epidemiyasıdır. Həmin vaxt epidemiya yemişlə əlaqələndirilirdi.

CDC amerikalıları geri çağırılan ət məhsullarını yeməməyə çağırıb. Hamilə qadınlar, 65 yaşdan yuxarı insanlar və immun sistemi zəif olan şəxslərin mağazalarda kəsilmiş əti bişirilməmiş halda yeməkdən çəkinmələri tövsiyə olunur.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »