Türkiyə beş ildən sonra Aİ XİN başçılarının iclasına dəvət olunub

0

Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının (Aİ) xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısına dəvət olunub.

“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd olunub ki, Türkiyə beş ildən sonra ilk dəfə Aİ XİN başçılarının iclasına dəvət edilib. H.Fidanın dəvət qəbul etdiyi və toplantıya gedəcəyi bildirilir. Bu addım Aİ-nin Ankara ilə dialoqu bərpa etmək cəhdi kimi qiymətləndirilir.

H.Fidan iclas çərçivəsində ölkəsinin prioritetlərini ortaya qoyacaq.

Xatırladaq ki, iclas Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrellin sədrliyi ilə avqustun 29-da Brüsseldə keçiriləcək.

Aİ XİN rəhbərləri gərginliyin artması fonunda Yaxın Şərqdəki vəziyyət və Qəzzada atəşkəsə nail olmaq üçün davam edən danışıqlara da toxunacaqlar. BMT-nin Qəzza üzrə humanitar və yenidənqurma ilə bağlı baş koordinatoru Siqrid Kaaq nazirlərə məlumat vermək üçün müzakirələrə qoşulacaq.

Venesueladakı prezident seçkilərindən sonra yaranmış siyasi böhran da iclasın gündəliyinə daxil edilib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »