Ərdoğan: Türkiyənin mövcud konstitusiyası mənasını itirib

0

Türkiyənin mövcud konstitusiyası mənasını itirib.

“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “1982-ci il əvəzinə 2023-cü il konstitusiya simpoziumu” kitabına yazdığı “Ön söz”də qeyd edib.

O bildirib ki, yeni konstitusiya liberal olmalı və cəmiyyətin bütün təbəqələrini əhatə etməlidir.

Ərdoğan yazıb ki, regionda və dünyada önəmli rol oynayan Türkiyə hazırkı konstitusiyaya layiq deyil: “Zamanın ruhuna uyğun, cəmiyyətə dinamika qazandıran, Türkiyəyə layiq, sivil, demokratik konstitusiyaya ehtiyac var”.

Dövlət başçısı vurğulayıb ki, yeni konstitusiya bərabərlik prinsipini, azadlığı və ədaləti əsas götürməlidir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »