Ermənistan xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı Seyid Abbas Əraqçi ilə telefon danışığı aparıb.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən məlumat yayıb.
“Tərəflər Ermənistan və İran arasında ikitərəfli münasibətlərin gündəliyində duran məsələləri müzakirə edib, stabil tərəfdaşlığın daha da möhkəmləndirilməsi üçün müntəzəm səy göstərməyə hazır olduqlarını vurğulayıblar”, – məlumatda bildirilib.