İran ABŞ-ın Ermənistandakı mövcudluğuna müsbət yanaşmır.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənaninin bu fikrini İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti yayıb.
Onun sözlərinə görə, İranla Ermənistan arasında münasibətlər kifayət qədər konstruktiv və yaxındır: “Lakin biz ABŞ-ın regionda mövcudluğunu bəyənmirik. Biz bununla bağlı narahatlığımızı erməni həmkarlarımıza bildirdik”. \\musavat\\