Zelenski Kursk vilayətində əməliyyatın niyə gizli şəkildə planlaşdırıldığını açıqlayıb.
Zelenski deyib: “Belə bir əməliyyat planlaşdırdığımızı eşitsəydilər, bunun real olmadığını və bunun mövcud olan bütün qırmızı xətləri keçdiyini söyləyərdilər”.
Onun sözlərinə görə, buna görə də bu əməliyyatın hazırlığından heç kim xəbər tutmayıb.
Zelenski həmçinin bildirib ki, Qərb tərəfdaşları Rusiyaya uzaq məsafədən hücumlara icazə versəydilər, Kursk bölgəsində əməliyyata ehtiyac qalmazdı. \\musavat\\