Braziliyanın mərkəzi Matu-Qrosu ştatında kiçik ikimühərrikli təyyarənin qəzaya uğraması nəticəsində tanınmış iş adamı Arni Spirinq də daxil olmaqla 5 nəfər həlak olub.
İctimai Rəy report-a istinadən xəbər verir ki, bu barədə yerli “G1” portalı ştatın hərbi polisinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, “King Air” təyyarəsi Apiakas bələdiyyəsinin kənd ərazisinə düşüb. Təyyarə qəzasının qurbanları 70 yaşlı iş adamı Arni Spirinq, onun iki nəvəsi, Spirinqin həmkarı və pilot olub.
Ştat polisinin məlumatına görə, təyyarə havada partlayıb, daha sonra fermanın yaxınlığında yerə çırpılıb. Hadisənin səbəbləri araşdırılır.