Makron onların öldüyünü təsdiqlədi – FOTO

0

Xəbər verdiyimiz ki, Fransada hərbi təyyarələr havada toqquşub.

Hadisə ilə bağlı Fransa Prezidenti Emmanuel Makron “X” sosial şəbəkə hesabında paylaşım edib.

Makron “Rafale” qırıcı təyyarələrinin toqquşması nəticəsində iki pilotun öldüyünü təsdiqləyib:

“Kapitan Sebastien Mabir və leytenant Matis Loransın “Rafale” təyyarələrində təlim uçuşu zamanı baş verən qəza nəticəsində ölümü xəbərini dərin kədərlə öyrəndik”, – paylaşımda qeyd edib.

Xatırladaq ki, ölkənin müdafiə naziri Sebastian Lekornu toqquşan iki hərbi təyyarədə pilotlardan biri özünü havadan atdığını açıqlamışdı./qafqazinfo

Leave A Reply

Your email address will not be published.

Tərcümə »