İran İsrailə hücumu təxirə salmağa HAZIRDIR

0

İran hakimiyyəti İsrailə hücumu yalnız Yaxın Şərqdəki vəziyyət, xüsusən də Qəzza zolağında atəşkəslə bağlı sülh razılaşmaları əldə ediləcəyi təqdirdə təxirə salmağa razıdır.

Bu barədə “Reuters” agentliyi  avqustun 13-də üç İran rəsmisinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Qəzza ilə bağlı sülh danışıqları nəticəsiz qalacağı və ya uzanacağı təqdirdə İran İsrailə birbaşa hücum həyata keçiriləcək.

Bundan əlavə, Livanın “Hizbullah” hərəkatına yaxın iki mənbə “Reuters”ə bildirib ki, Tehran da danışıqlara şans verməyə hazırdır, lakin İsrailə zərbə endirmək niyyətindən əl çəkməyi planlaşdırmır.

İRNA agentliyinin məlumatına görə, İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi bildirib ki, İran Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə İsrail və HƏMAS arasında keçirilən dolayı atəşkəs danışıqlarında iştirak etməyib və etməyəcək.\\musavat\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »