Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Məlumata görə, 87 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində David Losonçi (Macarıstan) ilə üz-üzə gəlib.
Hüseynov rəqibinə məğlub olub – 2:5. Losonçi finala çıxsa, təmsilçimiz təsəlliverici görüşə qatılacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.//Report