Rusiya prezidenti Vladimir Putin dünən axşam Kremldə suriyalı həmkarı Bəşər Əsədlə görüşüb.
İctimai Rəy Musavat.com-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Putin Əsədlə bölgədəki vəziyyəti və Suriya məsələsini müzakirə edəcəyini bildirib.
Bundan əlavə, liderlər ticarət-iqtisadi əlaqələri müzakirə edəcəklər.
Bundan əvvəl Rusiya və Suriya liderləri 2023-cü il martın 15-də Kremldə görüşüb, danışıqları üç saat davam edib.
Comments are closed.