BMT-dən ABŞ
ABŞ ilə Çin arasında artan ziddiyyətlərin dünya üçün təhlükəli olduğunu bildirir və onları yeni Soyuq müharibədən qaçmağa çağırıram.
İctimairey.az xəbər verir ki, bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş CNN-ə müsahibəsində deyib.
“İki ölkənin qarşıdurmasının dünya üçün təhlükəli olduğunu düşünürəm. Yeni bir Soyuq müharibədən qaçmalıyıq, çünki köhnə Soyuq müharibəni idarə etmək daha asan idi. İndi daha çətindir”, – deyə o bildirib.
Onun sözlərinə görə, risklər müxtəlifdir: dünya iqtisadiyyatının bölünməsi ehtimalından və ziddiyyətli hərbi doktrinaların yaranmasından tutmuş, süni intellektin inkişafı üçün fərqli strategiyalara qədər… /axar.az/