ABŞ prezidentiliyinə namizəd Donald Tramp Ohayo ştatından respublikaçı senator Ceyms Devid Vensi ABŞ vitse-prezidentliyinə namizəd kimi irəli sürdüyünü açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə eks-prezident sahibi olduğu “Truth Social” sosial şəbəkəsində yazıb.
“Çox fikirləşdikdən sonra və bir çox başqalarının möhtəşəm istedadlarını nəzərə alaraq, qərara gəldim ki, ABŞ-nin vitse-prezidenti vəzifəsində çalışacaq ən uyğun şəxs Ohayodan olan senator Ceyms Devid Vensdir”, – o qeyd edib.