“Seçkilərə mane olmaq istəyənlərlə bağlı tədbirlər görüləcək”- Nazir müavini

0

“İnternet məkanının və sosial şəbəkələrin davamlı monitorinqi aparılacaq” .

“Qafqazinfo” xəbər verir ki, bunu MSK-da keçirilən müşavirədə daxili işlər nazirinin müavini Oqtay Kərimov deyib.

“Seçkilərin normal keçməsinə mane olmaq niyyəti daşıyan şəxslər vaxtında müəyyən edilib barələrində tədbir görüləcək. Seçkilərlə bağlı baş verə biləcək hüquq pozuntuları barədə polis orqanlarına daxil olan müraciətlərə, sizin, eləcə də, dairə məntəqə seçki komissiyalarının sorğularına təxirə salınmadan baxılıb cavablandırılacaq. Səsvermə başa çatdıqdan sonra bülletenlərin sayılması prosesində məntəqələr mühafizə olunacaq. Bülletenlər və səsvermə protokolları dairə seçki komissiyalarına və oradan da Mərkəzi Seçki Komissiyasına polis naryadlarının müşayiəti ilə aparılacaq”.

O.Kərimov, həmçinin qeyd edib ki, səsvermə günü vətəndaşlar etik qaydalara riayət etməlidir:

“Seçki kampaniyası dövründə, eləcə də səsvermə günü vətəndaşlar ünsiyyətdə etik davranış qaydalarına riayət edilməsinə xüsusi diqqət yetiriləcək. Təşviqat dövründə səsvermə və səsvermədən sonrakı günlərdə “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunda müəyyən edilmiş qaydalarla təşkil olunmayan qanunsuz aksiyaların qarşısının alınması, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini üçün zəruri tədbirlər görüləcək. Seçki prosesi zamanı məntəqələrin ətrafında hüquq qaydasına riayət olunması vəziyyəti Təhlükəsiz Şəhər Xidmətinin müşahidə kameraları vasitəsilə izləniləcək.”

Leave A Reply

Your email address will not be published.

Tərcümə »