Fransa, ABŞ və Avstraliya səfirlərini AUKUS ittifaqı bağlı məsləhətləşmələr üçün geri çağırır – Le Drian

0

Fransa Xarici İşlər naziri Le Drian Avstraliyanın müqaviləni pozma qərarını “arxadan vurulan bıçaq” adlandırdı.
Fransanın xarici işlər naziri Jan-İv Le Drian Kanberranın atom sualtı gəmiləri ilə bağlı müqaviləsinə xitam verməsi səbəbiylə, ölkənin ABŞ və Avstraliyadakı səfirlərinin məsləhətləşmələri üçün Parisə geri çağırıldığını xəbər verib.
“Respublika Prezidentinin xahişi ilə, ABŞ və Avstraliyadakı səfirlərimizi məsləhətləşmələr üçün, dərhal Parisə geri çağırmaq qərarına gəldim. Səbəb, 15 sentyabrda Avstraliya və ABŞ-ın çıxardığı müstəsna qərar olub” – deyə nazir vurğulayıb.
Xatırladaq ki, Avstraliya İngiltərə və Amerika Birləşmiş Ştatları ilə müdafiə və təhlükəsizlik AUKUS(Üçtərəfli Müdafiə İttifaqı) ilə əməkdaşlığa başlayıb və Fransanın Naval Group şirkətinin sualtı qayıqla bağlı müqaviləsindən çıxdığını elan edib. “Əsrin Müqaviləsi” adlandırılan 90 milyard dollarlıq (56 milyard avro) sövdələşmə Barracuda tipli 12 atom hücum sualtı gəmilərin istehsalı üçün bağlanmışdı.
Fransa Xarici İşlər Naziri Le Drian Avstraliyanın müqaviləni pozma qərarını “arxadan vurulan bıçaq” adlandıraraq, inamın sarsıldığını vurğulayıb. Onun sözlərinə görə, “bu müqaviləyə xitam verilməsinə çox qəzəblənir”. Paris həm Avstraliyadan, həm də ABŞ-dan açıqlama gözləyir.
Esmira ŞÜKÜROVA İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »