Birləşmiş Ştatların PUA-ları və döyüş təyyarələri Qara dəniz üzərində beynəlxalq hava məkanında uçuşlarını davam etdirəcək.
APA xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq məlumat yayıb.
“Qanunla icazə verilən yerlərdə beynəlxalq sularda və beynəlxalq hava məkanında fəaliyyətimizi davam etdiririk”, – Pentaqon rəsmisi vurğulayıb.