“23 Mart hərəkatı” (M23) üsyançılar qrupu Konqo Demokratik Respublikasının şərqindəki Şimali Kivu əyalətindəki Kanyabayonqa şəhəri yaxınlığında iki yaşayış məntəqəsini — Miriki və Kimaki ələ keçirməyə nail olub.
“Report” xəbər verir ki, bu barədə yerli “Okapı” radiostansiyası məlumat yayıb.
Şiddətli döyüşlər nəticəsində azı 10 mülki şəxs yaralanıb. Yerli sakinlər gecə saatlarında atışma başlayandan sonra əhalinin kəndlərdən qaçdığını bildiriblər.
Döyüşlər ağır silahlarla davam edir. Yaxınlıqdakı Kanyabaenqa və Kirumba yaşayış məntəqələrinə bir neçə mərmi atılıb.