Danimarka Ukrayna və Moldovanın Aİ-yə üzvlüyünü sürətləndirmək üçün 150 milyon Danimarka kronu (20,1 milyon avro) ayırıb.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin saytında bildirilib.
Qeyd olunub ki, 2030-cu ilə qədər vəsait ayrılacaq və ölkələrə lazımi inzibati strukturların və qanunvericiliyin yaradılmasına kömək ediləcək.
Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen Aİ-nin genişlənməsinin Avropanın sabitliyi və təhlükəsizliyi üçün vacib olduğunu vurğulayıb.\\musavat\\