Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya işgüzar səfəri çərçivəsində iyunun 17-də Ermənistan Müdafiə Nazirliyi ilə Fransanın “KNDS” hərbi-sənaye şirkəti arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, digər hərbi-texniki vasitələrlə yanaşı, “KNDS” şirkəti Ukraynaya da göndərilən “Caesar” özüyeriyən haubitsalar istehsal edir.
Xatırladaq ki, bundan əvvəl Fransa Senatı Ermənistana tez bir zamanda Sezar təyyarələrinin verilməsi məsələsinə baxmağa çağırmışdı.\musavat\\