Rusiya prezidenti Vladimir Putin iyunun 18-19-da Koreya Xalq Demokratik Respublikasına səfər edəcək.
Şimali Koreya lideri Kim Çen In 2023-cü ilin sentyabrında Putinin dəvəti ilə Rusiyaya rəsmi səfər edib. Rusiya KXDR-in sərhədlərinin bağlandığı koronavirus pandemiyasının başlanğıcından bəri Kim Çen Inın səfər etdiyi ilk dövlət olub.
Putin Pxenyana yeganə səfəri 2000-ci ilin iyulunda, prezident inauqurasiyasından iki ay sonra olub.\\musavat\\