Fransanın keçmiş rəhbəri Nikola Sarkozi xəbərdarlıq edib ki, prezident Emmanuel Makronun Milli Assambleyanı buraxmaq və növbədənkənar qanunvericilik seçkiləri təyin etmək barədə sürpriz qərarı əks nəticə verə, ölkəni xaosa sürükləyə bilər.
Onun fikirlərini “Le Journal du Dimanche” dərc edib.
2007-2012-ci illərdə prezident olan və böyük siyasi fiqur olaraq qalan Sarkozi parlamentin buraxılması nəticəsində yaranan xaosdan çıxmağın çətin olacağını deyib.
Onun sözlərinə görə, iyunun 9-da Avropa Parlamentinə keçirilən seçkilərdə Fransa xalqı sözünü deyəndən sonra qısa müddətdə yenidən seçki təyin etmək absurddur:
“Fransa xalqına parlamenti buraxmağı ona söz verməklə əsaslandırmaq maraqlı bir arqumentdir. Çünki bunu 25 milyondan çox fransız iyunun 9-da seçki məntəqələrində etmişdi”.
Qeyd edək ki, Avropa Parlamentinə seçkilərdən dərha sonra Makron Fransa parlamentini buraxaraq iyunun 30-u və iyulun 7-si olmaqla yeni seçkilər təyin edib.\\musavat\\