Rusiyada həbsxanada ÜSYAN – İŞİD təcridxana əməkdaşlarını GİROV GÖTÜRDÜ

0

Rostov şəhərində istintaq təcridxanasında girov götürənlər müxtəlif kameralarda saxlanılsa da, onlar arasında əlaqə olub.

Bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, Rostovda 1 saylı istintaq təcridxanasında işçiləri girov götürülməyə bir neçə ay idi ki, hazırlıq gedirmiş. Rostov istintaq təcridxanasında girov götürənlərin hərəkətlərinin kənardan əlaqələndirilməsi versiyası yoxlanılacaq.

***

Rostov İstintaq Təcridxanasında girov götürənlər avtomobil, silah və təcridxananı tərk etmək imkanı tələb edirlər.

Bu barədə Baza telegram kanalı məlumat yayıb.

Qeyd edək ki, bu gün Rostov şəhərində yerləşən 1 saylı İstintaq təcridxanasında cəza çəkən beş nəfər İŞİD üzvü təcridxananın iki əməkdaşını girov götürüb.

Sosial şəbəkələrdə əllərində bıçaq və İŞİD-in simvolikası, bayrağı olan şəxslərin video görüntüləri yayılıb.

Rusiya mətbuatı girov götürənlərin kimliyini artıq açıqlayıb. Məlum olub ki, həmin şəxslər Karaçay Çərkəz Reapublikasının ərazisində terror aktı törətməkdə təqsirləndirilərək 18 il azadlıqdan məhrum edilən Akiyev Şamil, Qiriyev Tamerlan Tsiskiyev Azamatdır. Onların hər üçün hər üçünün İnquşetiya sakini olduğu bildirilib.

***

Rostov istintaq təcridxanasında üsyan edən 5 nəfərin şəxsiyyəti müəyyənləşib.

Rusiya mediası xəbər verir ki, altıncı şəxsin kimliyi hələ müəyyən edilməyib.

Məlum olub ki, onlar İŞİD-in tərkibində döyüşdüklərinə görə 2023-cü ilin dekabrında mühakimə olunublar. Həmin şəxslər terror aktı hazırlamaqda (onlar Qaraçay-Çərkəz Respublikası Ali Məhkəməsinin binasına hücum etməyi planlaşdırıblar) ittiham ediliblər. Saxlanılan şəxslər 18 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd olunur ki, məhkumlar istintaq təcridxanasındakı kamerada pəncərə barmaqlıqlarını sındıraraq növbətçi məntəqəyə daxil olublar. Orada işçiləri girov götürüblər.//APA

Leave A Reply

Your email address will not be published.

Tərcümə »