Artsax bahasına Türkiyə ilə əlaqələr qurmaq Ermənistan üçün qəbuledilməzdir

0

 

Artsaxdan imtina etmək bahasına Türkiyə ilə əlaqələr qurmaq Ermənistan üçün qəbuledilməzdir. Parlamentdəki “Mülki müqavilə” fraksiyasının deputatı Arman Eqoyan bildirib.
“Vurğulamaq istəyirəm ki, Ankaradan belə bir tələb yoxdur. Ancaq hər halda, Artsax xalqının maraqlarını və təhlükəsizliyini qorumaq ehtiyacına görə, belə bir ssenari istisna olunur. Artsax problemi həll olunmadığı üçün, Artsax Azərbaycanın bir hissəsi kimi tanına bilməz. Münaqişə həll olunmayıb”

Millət vəkilinin sözlərinə görə, Türkiyə Prezidenti Ərdoğanın Ermənistanla diplomatik münasibətlər qurmaqda ərazi bütövlüyünə hörmət prinsipinin zəruriliyi ilə bağlı danışıqları həm Türkiyənin ərazi bütövlüyünə, həm də Ermənistanın ərazi bütövlüyünə aiddir. Bunu həm Ermənistan özü, həm də beynəlxalq birlik nəzərə almalıdır.

Xatırladaq ki, 25 Avqustda Türkiyə Prezidenti Ərdoğan bir sıra ölkələrin səfirləri ilə görüşdə “Dağlıq Qarabağın işğalı bitdikdən sonra, uzunmüddətli sülh üçün şərait yaradılacağını elan edib və bildirib ki, – “Ermənistan bu şansdan istifadə edərsə, Ankara lazımi addımları atacaq.” Bölgəyə konstruktiv yanaşma lazımdır. Fikir ayrılıqları olsa belə, ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında qonşuluq münasibətlərini inkişaf etdirmək lazımdır. Bu istiqamətdə hərəkət etməyə hazır olduğunu bəyan edən Ermənistanın yeni hökumətinə uğurlar arzulayıram ”, – deyə Ərdoğan vurğulayıb.

Bu baxımdan Yeqoyan, respublikanın müstəqillik dövrü ərzində Ermənistanın Türkiyəyə qarşı ərazi iddialarının olmadığını qeyd edib. Onun sözlərinə görə, nə Levon Ter-Petrosyanın, nə Robert Köçəryanın, nə də Serj Sarkisyanın Türkiyəyə qarşı heç bir ərazi iddiası olmayıb. Bu arada Artsax problemi, onun fikrincə, ərazi problemi deyil, xalqların öz müqəddəratını təyinetmə hüququ ilə bağlı bir məsələdir.

“Bütün Ermənistan parlamentarları Ermənistandan Türkiyəyə ərazi tələblərinin olmadığını səsləndiriblər. Və bu gün münasibətləri necə qurmaq istədiyimizi anlamalıyıq. Əgər kimsə ərazi tələblərindən danışırsa, hər hansı bir müqavilələri imzalayanlar – Rusiya, ABŞ, Fransa və s. qarşısında konkret və daha məntiqli şəkildə məsələni qoymalıdır” – deyə millət vəkili bildirib.

Oxuculara Ermənistan Parlamentinin deputatının fikrini çatdırdıq.
Esmira ŞÜKÜROVA İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »