Gürcüstanın Baş naziri İrakli Kobaxidze iyunun 11-12-də Berlində keçiriləcək Ukraynanın bərpasına həsr olunmuş konfransda iştirak edəcək.
Bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Gürcüstanın Baş naziri İrakli Kobaxidze dünya liderləri ilə birlikdə iyunun 11-12-də Berlində keçiriləcək Ukraynanın Yenidənqurma Konfransında (UCR2024) iştirak edəcək. Tədbirin əsas məqsədi Ukraynanın bərpası, yenidən qurulması, islahatları və modernləşdirilməsi üçün beynəlxalq dəstəyi səfərbər etməkdir”, – bəyanatda deyilir.\\axar.az\\