Koreya yarımadasında “zibil savaşı” davam edir

0

Cənubi Koreya dünən Şimali Koreya ilə sərhəddə quraşdırılmış səsgücləndiricilər vasitəsilə yayımı bərpa edib.

KXDR-in sərhədyanı rayonlarının sakinləri Şimali Koreya senzurasının nəzarətində olmayan xəbərləri və digər verilişləri eşidə biləcəklər.

Seul hakimiyyəti bu qərarı Şimali Koreyanın davam edən “zibil hücumlarına” cavab adlandırıb. May ayının sonundan bəri Şimali Koreya Cənubi Koreyaya doğru 1000-dən çox hava şarı göndərib və o şarların içində onlara zibil torbaları – tualet kağızı, plastik butulkalar, batareyalar, ayaqqabı hissələri və peyin əlavə olub.

Pxenyan öz növbəsində bildirib ki, bu cür hava şarlarının buraxılması Cənubi Koreyanın əvvəlki hərəkətlərinə cavabdır, o da KXDR-ə Kim Çen In rejiminə qarşı mübarizəyə çağıran şarlarda vərəqələr, habelə dollar əskinasları, KXDR-də qadağan olunmuş Cənubi Koreya filmləri və pop musiqisi olan fləş diskləri göndərib.

Seul ilk dəfə 2004-cü ildə iki Koreya dövləti arasında demarkasiya xətti boyunca quraşdırılmış səsgücləndiricilər vasitəsilə KXDR-ə yayıma cəhd edib və vaxtaşırı onu bərpa edib.

Şimali Koreya senzurasız xəbərlərin və qadağan olunmuş musiqinin sərhəd qoşunlarını və əhalini ruhdan salacağından ehtiyat edərək bununla mübarizə aparır.\\musavat\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »