Paşinyan: Ermənistan və Qarabağ hakimiyyəti Laçın dəhlizindən keçən marşrutun dəyişməməsi üçün hər şeyi edəcək.

0

 

Ermənistan və Qarabağ hakimiyyəti Laçın dəhlizindən Qarabağa gedən marşrutun dəyişməz qalması üçün hər şeyi edəcək.
İctimairey.az xəbər verir ki, bunu Respublika Baş naziri Nikol Paşinyan sentyabrın 15-də keçirilən Ermənistan Milli Məclisinin iclasında “Şərəfim var” müxalifət blokunun deputatı Tiqran Abramyanın sualını cavablandırarkən deyib.

Nazirlər Kabinetinin rəhbəri qeyd edib ki, Qarabağ hakimiyyəti və Rusiya sülhməramlı kontingentinin komandanlığı artıq bu məsələ ilə bağlı müzakirələr aparıb.

“Bundan əlavə, Ermənistan nümayəndələri də onlara qoşulacaq. Lakin üçtərəfli bəyanatlarda belə məsələlərin birtərəfli deyil, yalnız tərəflərin razılığı ilə həll oluna bilməsi nəzərdə tutulur. Ona görə də əlimizdən gələni edəcəyik ki, Qarabağ xalqının maraqlarına maksimum şəkildə əməl olunsun. Əlbəttə ki, ehtiyatlı olmaq da lazımdır, amma aydındır ki, Ermənistan və Qarabağ hakimiyyəti bunun baş verməməsi üçün hər şeyi edəcək “, – Paşinyan vurğulayıb.

Esmira ŞÜKÜROV İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »