Yaponiya hökuməti ballistik ola biləcək raketin KXDR-dən Yapon dənizinə doğru atıldığını xəbər verib.
İctimairey.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.
Qeyd olunur ki, buraxılan raket Yaponiya iqtisadi zonasının xaricinə düşüb.
Raketlər arasındakı intervalın təxminən beş dəqiqə olduğu qeyd olunur. Hərbçilərin qənaətinə görə, raketlər, ehtimal ki, Yaponiya ərazi sularının və eksklüziv iqtisadi zonanın xaricinə düşüb.
Baş nazir Yesixide Suqa “Bu, ölkəmizin və bölgənin sabitliyi və təhlükəsizliyi üçün təhlükə yaradan çirkin bir hərəkətdir” – deyə vurğulayıb. O, mövcud vəziyyəti müzakirə etmək üçün Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağıracağını açıqlayıb. Baş nazir, eyni zamanda, KXDR-in raket buraxmalarını “BMT Təhlükəsizlik Şurasının hazırkı qərarlarının pozulması” adlandıraraq, Tokionun Pxenyanın hərəkətlərinə kəskin etiraz etdiyini və qınadığını vurğulayıb.
Baş nazir bununla bağlı nazirlik və idarələrə, KXDR-in yeni raket buraxılışları ilə əlaqədar bütün detallar haqqında yerli əhaliyə tez və dəqiq məlumat vermələrini, eyni zamanda, buraxılış sahəsindəki bütün gəmilərin və mülki təyyarələrin təhlükəsizliyini təmin etməyi əmr etdi.
Cənubi Koreya mediasının xəbərlərində bildirilir ki, KXDR -də qanadlı raketlərin sınaqlarının Şimali Koreya ilə həmsərhəd olan Primorski bölgəsindəki radiasiya fonuna təsiri yoxdur və Şimali Koreya üçün heç bir təhlükə törətmir.
İctimairey.az