İran Xarici İşlər Nazirliyi Türkiyəyə Xəzər dənizinin statusu haqqında konvensiyaya riayət olunmasının zəruriliyinə işarə edib
İctimairey.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi Xəzər dənizində keçirilən Azərbaycan-Türkiyə birgə təlimlərinə münasibət bildirərək, Türkiyəyə Xəzərin xüsusi status təyin edən bir konvensiyanın mövcudluğunu xatırlatdıb;
“Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistanın daxil olduğu Xəzər hövzəsi ölkələri siyahısına daxil olmayan ölkələrin bu bölgədə hərbi təlimi qadağan edir”. lakin bu, Xəzərin sularında Türkiyənin Bakı ilə birgə təlimlər barədə razılığa gəlməsinə mane olmayıb.
İran-Xarici İşlər Nazirliyinin nümayəndəsi Səid Xətibzadə Azərbaycan-Türkiyə donanmasının manevrləri ilə bağlı sualı cavablandıraraq bildirib ki, konvensiya buna aydın cavab verir.
Azərbaycan, Türkiyə və Pakistan “Üç qardaş – 2021” də sentyabrın 12 -dən 20 -dək Bakıda xüsusi təyinatlıların birgə təlimlərini keçirməyi planlaşdırır.
İctimairey.az