Hindistanda anomal istilər nəticəsində azı 20 nəfər ölüb

0

Hindistanda anomal istilər nəticəsində 24 saat ərzində azı 20 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “India TV Hindi” məlumat yayıb.

Qeyd edilib ki, son 24 saat ərzində ən çox insan ölkənin şərqindəki Odişa ştatında ölüb. Həmin ştatda 10 nəfər həlak olub.

Carkhand ştatında isə anomal istilər 4 nəfərin ölümünə səbəb olub. Qərbi Racastan əyalətində isə səlahiyyətlilər 5 nəfərin öldüyü barədə məlumat veriblər.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »