Nazirlik sözçüsü – “İmperiyalar və döyüş maşınları qəbiristanlığı.

0

Taliban ABŞ təyyarələrini yelləncəyə və oyuncağa çevirdi” – sözləri ilə paylaşım edıb.
İctimairey.az Daily Mail-in xəbərinə istinadən bildirir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lijian Zhao, Twitter hesabında Taliban qüvvələrinin ABŞ hərbi təyyarələrinin qanadlarından yelləncək kimi istifadə etdiyini göstərən bir video yayımlayaraq ABŞ-ın Əfqanıstandan çıxmasını lağa qoyub.
Əfqanıstanla 76 kilometrlik sərhədə sahib olan Çin Talibanla dostluq münasibətlərini davam etdirmək istədiyini bildirib. Xarici İşlər Nazirliyinin digər sözçüsü Hua Çunyinq Pekinin Əfqanıstan xalqının öz müqəddəratını təyinetmə hüququna hörmət etdiyini ifadə edib və Talibanın da Çinlə yaxşı əlaqələr qurmaq ümidlərini bir neçə dəfə ifadə etdiyinini vurğulayıb.
Çin rəsmiləri ABŞ -ın Əfqanıstandan çəkilməsini tələsik və məsuliyyətsiz bir addım kimi qiymətləndirib. Taliban sözçüsü Zabihullah Mücahid Əfqanıstanın yenidən qurulmasında Çinin onlara kömək edəcəyini söyləyərək, – bu səbəbdən Çinlə əlqalərimiz bizim üçün əsas və fövqəladə bir fürsətdir”- deyib.
QƏDİM İPƏK YOLU YENİLƏNƏCƏK
Çinin ‘Kəmər Yolu’ adlı təşəbbüsünün olduğunu və bu təşəbbüslə maraqlandıqlarını ifadə edən Mücahid, “Yeni layihə qədim İpək Yolunu canlandıracaq. Ayrıca çinlilər sayəsində yenidən istismar edilə bilən mis mədənlərimiz var. Son bir qeyd olaraq, Çin, dünya bazarlarına açılışımızı təminl edir” – deyə şərh etmişdi.
Esmira ŞÜKÜROVA İctimairey.az

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »