ABŞ Konqresi Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyaları nəzərdən keçirir

0

ABŞ Konqresi Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) qarşı sanksiyaların tətbiqini nəzərdən keçirir.

“Report”un məlumatına görə, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Mayk Consonun yaydığı bəyanatda deyilir.

Amerikalı qanunvericilər İsrailin baş naziri Binyamin Netanyahuya qarşı həbs qərarı verilərsə, BCM-yə sanksiya tətbiq etməyi düşünürlər.

Onun sözlərinə görə, BCM prokurorunun Netanyahunun həbsinə order verilməsi tələbinə ABŞ prezidenti Cozef Bayden administrasiyasının “İsrailə təzyiq kampaniyası” səbəb olub:

“Ağ Evin rəhbərliyi olmadığı halda, Konqres həbs qərarı verməklə irəliləyəcəyi təqdirdə BCM rəhbərliyinin nəticələrlə üzləşməsini təmin etmək üçün sanksiyalar da daxil olmaqla bütün variantları nəzərdən keçirir”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »