İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən rəsmi şəxslərin helikopter qəzasından sonra İran hökuməti yardım üçün ABŞ-a müraciət edib.
İctimai Rəy “Report”a istinadən xəbər verir ki, bu bəyanatla ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller çıxış edib.
“İran hökuməti kömək üçün bizə müraciət edib. Biz onlara açıq şəkildə bildirdik ki, belə bir vəziyyətdə xarici hökumətin istənilən müraciətinə cavab olaraq yardım təklif edəcəyik. Və sonda biz bu yardımı göstərə bilmədik”, – deyə Metyu Miller bildirib.
Miller qeyd edib ki, Vaşinqton “əsasən logistik səbəblərə görə” Tehrana yardım göstərə bilməyib.