Mayın 15-də sui-qəsd cəhdinə məruz qalan Slovakiyanın Baş naziri Robert Fitsonun vəziyyəti yaxşılaşır.
İctimai Rəy oxu.az-a istinadən xəbər verir ki,u barədə Banska-Bistritsadakı Ruzvelt xəstəxanasının rəhbərliyi məlumat yayıb.
“Bu gün keçirilən konsultasiyadan sonra xəstənin vəziyyətinin stabil olduğu barədə məlumat verə bilərik. Onun vəziyyəti yaxşılaşır”, – məlumatda deyilir.
Slovakiyanın baş nazirinə sui-qəsd cəhdi mayın 15-də baş verib. Siyasətçi Nazirlər Kabinetinin səyyar iclasından sonra küçədə tərəfdarları ilə söhbət edib. 71 yaşlı Yuray Tsintula tapançadan Fitsoya beş dəfə atəş açıb və saxlanılıb.
Baş nazir sinə, bud və mədəsindən yaralanıb. O, vertolyotla Banska-Bistritsadakı xəstəxanaya aparılıb.
Qeyd edək ki, hazırda baş nazirin həyatı üçün təhlükə yoxdur.