Rusiya Prezidenti Vladimir Putin hazırda İran Prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Möhbərlə telefonla danışıb.
İctimai Rəy qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Kreml yayıb.
Putin söhbət zamanı İran Prezidenti İbrahim Rəisi və digər yüksəkvəzifəli şəxslərin helikopter qəzasında həlak olması ilə bağlı başsağlığı verib.
Rusiya lideri qeyd edib ki, İbrahim Rəisini yaxşı tanıyıb və onu etibarlı tərəfdaş olaraq qiymətləndirib. O, Rəisinin Rusiya və İran arasında dostluq münasibətlərinin inkişafına töhfə verdiyini də vurğulayıb.