Parlament sədri: Latviya Bakı ilə İrəvan arasında sülhün əldə olunmasında maraqlıdır

0

Latviya Bakı ilə İrəvan arasında dayanıqlı sülhün əldə olunmasında maraqlıdır.

“Report” xəbər verir ki, bunu Latviya parlamentinin sədri Dayqa Mierinya Bakıda mətbuat konfransı zamanı deyib.

“Beynəlxalq ictimaiyyətin nümayəndələri Qarabağa nə qədər çox getsə, orada baş verənlərlə bağlı məlumatlılıq bir o qədər çox olar”, – o vurğulayıb.

D.Mierinya həmçinin Ermənistanla sülh danışıqlarında əldə olunan irəliləyişlə bağlı Azərbaycanı təbrik edib:

“Dünən Qarabağda biz regionun necə sürətlə inkişaf etdiyini gördük. Yeni hava limanları, məktəblər, binalar gördük. Şuşada da olduq. Qarabağ sürətlə dirçəlir və inkişaf edir, biz bunu görməyə səmimi qəlbdən şadıq”

Leave A Reply

Your email address will not be published.

Tərcümə »