11 sentyabr 2001. Nə baş verdi, kimlər öldü və nəticəsi nə oldu

0

Çərşənbə axşamı, 11 sentyabr 2001-ci ildə, terrorçular Amerika sərnişin təyyarələrini qaçırdaraq, Nyu-Yorkda iki göydələnə hücum etdilər. Üç min adam öldü.
Bu terror aktı təkcə amerikalılar üçün deyil, bütün dünya üçün zəmanəmizin ən faciəli və əlamətdar hadisələrindən birinə çevrildi.

Hansı hədəflər vuruldu?

Kiçik terroçu qrupları eyni anda ABŞ-ın şərq sahillərindən dörd sərnişin təyyarəsini qaçırdıblar.
Bu təyyarələri Nyu-York və Vaşinqtonda simvolik olaraq əhəmiyyətli binalara vurmaq üçün, nəhəng təyyarələri idarə olunan bombalara çevirdilər.
Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin iki qülləsini iki layner vurdu.
Birincisi, yerli vaxtla səhər 08:46-da Şimal Qülləsinə və ikincisi, səhər saat 09:03-də Cənub Qülləsinə çırpıldı.
Qüllələrdə yanğın baş verdi və üst mərtəbələrdə insanların qaçma yolunu kəsdi. İki saat keçməmiş, hər iki 110 mərtəbəli göydələnlər çökdü.
Saat 09:37-də üçüncü təyyarə paytaxt Vaşinqton yaxınlığındakı ABŞ Müdafiə Nazirliyinin nəhəng binası olan Pentaqonun qərb fasadına çırpıldı.
Dördüncü təyyarədə sərnişinlərin terrorçulara qarşı müqavimət göstərməsi nəticəsində layner saat 10:03-də Pensilvaniyada bir tarlaya düşdü. Bu laynerin Vaşinqtondakı Capitol binasını dağıdacağı güman edilirdi.

Ne qədər insan öldü?

Əksəriyyəti Nyu Yorkdakı Əkiz Qüllələrdə, cəmi 2977 adam öldürüldü (19 kamikadze sayılmır),
Dörd təyyarədə ümumilikdə 246 sərnişin və ekipaj üzvü olub. Hamısı ölüb.
Əkiz Qüllələrdə 2.606 adam yerindəcə ölüb və ya aldığı yaralardan ölüb.
Pentaqonun binasında 125 adam ölüb.
Öldürülənlərin ən kiçiyi, atası və anası Peter və Sue ilə təyyarələrdən birində olan 2 yaşlı Kristine Lee Hanson idi.
Ən yaşlısı 82 yaşlı Robert Norton və həyat yoldaşı Jacqueline də laynerlərdən birinin sərnişini olub.
Təyyarələr Dünya Ticarət Mərkəzinin qüllələrini vurduqda, içərisində təxminən 17.400 adam var imiş. Şimal Qülləsində, zərbə sahəsinin üstündəki mərtəbələrdə olanlardan heç kim sağ qalmayıb. Cənub Qülləsinin üstündəki mərtəbələrdən 18 nəfər qaça bilib.
Ölənlər arasında 77 ölkənin vətəndaşı olub. Nyu York şəhəri qüllə qəzalarında 441 təcili yardım işçisini itirib.
Hücumdan sonra minlərlə insan yaralanıb və ya ciddi şəkildə psixi pozğunluq yaşayıb.

Bu aksiyanı kim təşkil edib və həyata keçirib?

Aksiya Əfqanıstanda olarkən “Əl-Qaidə” İslam ekstremistlərinin şəbəkə təşkilatının rəhbərləri tərəfindən planlaşdırılıb; Əfqanıstan o vaxt taliblərin nəzarətində idi .Əl-Qaidə və Taliban terror təşkilatları kimi tanınmışdı.
Səudiyyə Ərəbistanı Üsamə bin Ladenin başçılıq etdiyi Əl-Qaidə ABŞ-ı və müttəfiqlərini İslam dünyasında münaqişələri qızışdırmaqda günahlandırırdı.
19 nəfər kamikadze birbaşa faciənin törədicisi olub: beş nəfərdən ibarət üç qrup və dörd nəfərlik bir qrup (Pensilvaniyada düşmüş laynerdə).
Hər qrupda təyyarəni idarə edə bilən bir nəfər olub. Hamısı da ABŞ-dakı özəl uçuş məktəblərində təlim kurslarını bitiriblər.
19 terrorçunun 15 -i Bin Ladenin həmyerliləri – Səudiyyə Ərəbistanından, ikisi Birləşmiş Ərəb Əmirliklərindən, biri Misirdən, biri də Livandan idi.
ABŞ necə cavab verdi?
Terror hadisələrindən bir ay keçməmiş ABŞ və müttəfiqləri Prezident Corc Buşun təşəbbüsü ilə Əfqanıstana hücum etdilər. İlkin hədəflər Əl-Qaidənin məhv edilməsi və Üsamə bin Ladenin ələ keçirilməsi idi.
Bin Laden, ancaq 2011 -ci ildə Əfqanıstanda deyil, Pakistanda tapılaraq öldürüldü.
Amerika Birləşmiş Ştatları tərəfindən 11 sentyabr hadisələrini birbaşa planlaşdırmaqda günahlandırılan Küveyt əsilli Xalid Şeyx Məhəmməd 2003-cü ildə Pakistanda tutuldu və o vaxtdan bəri ABŞ-ın Kubadakı Quantanamo həbsxanada saxlanılır və hələ də məhkəməsini gözləyir.
Kəşfiyyat xidmətlərinin dediyinə görə, Əl-Qaidə hələ də fəaliyyət göstərir və indi Afrikada çox güclənib, üzvləri Əfqanıstanda da var. 20 illik hərbi kampaniyasından sonra, ABŞ-ın Əfqanıstandan çəkilməsi ilə bir çoxları islamçı şəbəkənin Taliban qanadı altında yenidən güc qazanacağından qorxur.

11 sentyabr 2001 -ci il hücumlarından sonra
11 sentyabr hadisələrindən sonra, bütün dünyada hava nəqliyyatları üçün təhlükəsizlik qaydaları sərtləşdirilib.
Əkiz qüllələrin yerindəki dağıntılar 8 ay ərzində sökülmüşdür. Artıq 2006-2013-cü illərdə orada yeni Dünya Ticarət Mərkəzi qülləsi tikilmiş və Əkiz Qüllələrdən ( 415-ə qarşı 541metr) çox yüksəkdir və hazırda ABŞ-ın ən hündür binasıdır.
Bundan əlavə, burada xatirə olaraq muzey də yaradılıb.
Pentaqonun dağılmış hissəsinin yenidən qurulması cəmi bir il çəkib.

Esmira ŞÜKÜROVA İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »