Konqo Demokratik Respublikasında (KDR) çevrilişə cəhd edən üsyançıların lideri öldürülüb.
Bu barədə “Actu30” məlumat yayıb.
“Mayın 19-da Millət Sarayına basqın edən hücumçuların lideri Kristian Malanqa ordu tərəfindən öldürülüb”, – deyə nəşr bildirib.
Nəşrin məlumatına görə, üsyançılar Zair Respublikasının (1971-1997-ci illərdə KDR belə adlanırdı) bayraqlarını tutub və özlərini diaspor nümayəndələri kimi təqdim ediblər.//APA