MİLLƏT VƏKİLİ JALƏ ƏHMƏDOVA AYDA İKİ DƏFƏ SEÇİCİLƏRİ İLƏ GÖRÜŞ TƏŞKİL EDİR.

0


Tətildən dönən Millət Vəkilləri payız sesiyasının ilk plenar iclaslnın başlanması ərəfəsində əhali ilə görüşlər təşkil edir.
59-saylı Salyan seçki dairəsinin Millət Vəkili Jalə Əhmədova keçən gün öz seçiciləri ilə rayonda yerləşən ofisində qəbul keçirdi. Bu dəfə Millət Vəkili ilə görüşə, ötən ay keçirilən görüşlə müqayisə də çox sayda insan gəlmişdi. Saat 11.00 da başlayan görüş axşam saat 22.00 qədər davam etdi. Görüşə gələnlər arasında şəhid valideyinləri, qazilər və döyüşlərdə iştirak etmiş hərbiçilər növbəsiz qəbul olundu. İki gün ərzində qəbulda 80-dan artıq seçici dinlənildi. Qəbula gələn insanların böyük əksəryyəti iş axtarışı
üçün müraciət edirdi.
Görüşün səhərisi gün rayonun Plastmas massivində yaşayan, yataqda xəstəsi olan qazi anası ziyarət olundu. Digər Qazimizə yardım olunması məqsədi ilə Qazimizin evinin şəkilləri və video görüntüsü çəkilib Millət Vəkilinə göndərildi. Beləliklə seçicilərlə iki günlük keçirilən görüş sona yetdi və qaldırılan məsələlərə aydınlıq gətirilməsi üçün Millət Vəkili Bakıya işinin başına döndü..

Fuad Qəhrəmanov. İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »