Şuşa həbsxanası! Dünyanın ən qorxulu həbsxanalarından biri

0


Şuşa şəhərində ilk həbsxana İbrahim Xəlil xanın vaxtında olub. Bu həbsxana da qalanın altında olan zirzəmi idi. Ruslar Azərbaycanı işğal edəndən sonra zirzəmilər ləğv edildi və həbsxana Gəncədə yerləşdi. Şuşada cinayət edənləri Gəncəyə aparırdılar. Bu camaatın həbsdə olan yaxınlarını ziyarət etməsində çətinliklər yaradırdı. Uzun yol qət edən Şuşalılara kömək üşün Xan qızı Nətavan Şuşada məhşur həbsxana tikirdi. Rusiya çarına yazdığı məktubdan sonra, Şuşa həbsxanası Rus çarının əmri ilə Çar hökumətinin vəsaiti hesabına tikilib. Həbsxana 1872-ci ildə inşa edilib. Ora, həmçinin, 200 nəfər məhbus üçün nəzərdə tutulub. Sonradan kameraların sayı artırılaraq, 350-yə çatdırılıb.
Şuşa həbsxanasında Qaçaq Nəbi, Qaçaq Səlim və s. adamlar məhkum olublar.

Sovetlərin işğalından sonra, Şuşa həbsxanası ən təhlükəli və qorxulu yer sayılırdı. Keçmiş SSRİ-də üç ən təhlükəli həbsxanalardan biri olan Şuşa həbsxanasında ən ağır cəza üsulu var idi. Həbsxana qaydalarını pozan məhkumları divarın içinə yerləşdirilən sandığa salıb, ən azı üç gün ac-susuz saxlayırdılar. Sandıq xüsusi tabutabənzər siyirmə formasında hazırlanmışdı. Dustağı həmin dəmir siyirməyə qoyub divarın içinə itələyirdilər. Formasına görə tabutdan fərqlənməyən, bu qabın dərinliyi 25-30 sm-dən çox deyildi. Bir neçə kamerada belə sandıq var idi. Sandıq divarın içinə elə yerləşdirilmişdir ki, burda olan məhkum özünü tabutda hiss edirdi. Əl-ayaqları qandallı, buz kimi soyuq divarın içərisinə ötürülən dustağı siçovullar dişlək-dişlək edirdilər.

Ən adlı sanlı avtoritet məhkumlar belə, bu sandığın qorxusundan həbsxanada qaydalara riayət edirdilər.

Ermənilər Şuşanı işğal edəndən sonra, əsir düşən azərbaycanlıları bu sandıqlarda saxlayırdılar ki, Qızıl Xaç və Qırmızı Aypara yoxlamağa gələndə, onlar barədə məlumat əldə edə bilməsinlər.

Ermənilər Xocalıdan, Xocavənddən, Şuşadan, Laçından, Kəlbəcərdən, Ağdamdan, Füzulidən, Cəbrayıldan, Zəngilandan, Qubadlıdan əsir götürdükləri mülki azərbaycanlılara burada dəhşətli işgəncələr verib, onlarla qeyri-insani rəftar ediblər. Mülki şəxslərlə yanaşı, müharibədə əsir götürülən azərbaycanlı hərbçilər də bu həbsxanada erməni vəhşiliyi ilə üzləşiblər.

Hesab edirəm bu həbsxana, necə varsa, muzey kimi saxlanılsa yaxşı olar. Təmir olunmasın. Sadəcə təmizlənsin və olduğu kimi də qalsın.

Zaur Əliyev, Siyasi elmlər üzrə fəlsəfə doktoru, AMEA Elm Tarixi İnstitutunun elmi katibi, dosent

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »