Son dörd ayda pensiya ödənişlərinə 263 milyon manat çox olmaqla 2 milyard 152 milyon manat yönəldilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, cari ilin yanvar-aprel aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz (263 milyon manat) çox olmaqla 2 milyard 152 milyon manat vəsait yönəldilib.
Pensiya artımı istiqamətində növbəti addım kimi 2024-cü il yanvarın 1-dən bütün pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılıb.
Son dörd ayda 15 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 117 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.