Günəşdə son yeddi ilin ən güclü partlayışı baş verdi

0

Günəş aktivliyinin cari tsiklində ən güclü partlayış çərşənbə axşamı baş verib.

Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının rəhbəri Sergey Boqaçev məlumat verib.

O, izah edib ki, X9.3 səviyyəsindəki böyük partlayış sonuncu dəfə 2017-ci il sentyabrın 6-da, yəni təxminən yeddi il əvvəl müşahidə olunub.

Müşahidə məlumatlarına görə, yeni partlayış Yerdə maqnit qasırğasına səbəb ola bilər.

“Bu plazmanın Yerə gəlib çatma ehtimalı son dərəcə azdır, amma Yer atmosferinə güclü radiasiya yükü gözlənilir və hissəciklər tezliklə planetə çatacaq”, – Boqaçev qeyd edib.//Oxu.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »