Prezident Vladimir Putin və həmkarı Aleksandr Lukaşenko Rusiya-Belarus Birgə Dövləti proqramı barədə razılığa gəlib.
İctimairey.Az xəbər verir ki, Putin belaruslu həmkarı ilə birgə mətbuat konfransında belə deyib. Tərəflər arasında 3 saat yarım davam görüşdən sonra 28 maddədən ibarət Birgə dövlət proqramı razılaşdırılıb. Putinin sözlərinə görə, saziş əsasən iqtisadi və sosial sahələri əhatə edir. Sazişə görə, iki ölkənin bəzi iqtisadi sahələri birləşdiriləcək, birgə maliyyə və enerji sahələri yaradılacaq, birgə sənaye və kənd təsərrüfatı planları həyata keçiriləcək.
Lukaşenko bəyan edib ki, Birgə Dövlət proqramı hər iki ölkə üçün bərabər mühit formalaşdıracaq.
(Metbuat.az)