I MDB Oyunları Azərbaycanda keçirilə bilər.

0


İctimairey.az xəbər verir ki, bunu “Report”un Rusiyanın Kazan şəhərinə ezam olunmuş əməkdaşına müsahibəsində MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Leonid Anfimov deyib.
Belaruslu funksioner bildirib ki, məsələyə sentyabrın 9-da MDB ölkələrinin Bədən Tərbiyəsi və İdman Şurasının toplantısında aydınlıq gələcək. O, iclasda çox vacib məsələlərin müzakirə olunacağını əlavə edib: “Buraya ilk növbədə, II MDB Oyunlarının keçirilməsi və bu yarışın harada olma məsələsi daxildir”.
Anfimovun sözlərinə görə, II MDB Oyunlarını təşkil etməyə əsas namizəd Azərbaycandır. MDB rəsmisi bunu üzv ölkələrin əlifba sırası ilə əlaqələndirib: “Yarış hər iki ildən bir əlifba sırası ilə keçirilməlidir. Bu qayda MDB ölkələri rəhbərlərinin toplantısında qəbul olunub. İlk Oyunlar niyə Rusiyada təşkil olunur? Çünki Rusiyanın özü bu təşəbbüslə çıxış edib və dövlət başçıları şurasının iclasında müvafiq qərar verilib. Bu yarış davam etdirilməlidir. Tədbirdə də bildirdiyim kimi, Rusiya tərəfinin və dövlət başçılarının təşəbbüsü ilə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan yarışın Kazanda keçirilməsinə razılıq veriblər.
O, növbəti Oyunların nə zaman gerçəkləşəcəyinə hələlik aydınlıq gəlmədiyini də əlavə edib: “İlk MDB Oyunlarının 2020-ci ildə keçirilməsi qərara alınsa da, pandemiya səbəbindən yarış bu il baş tutdu. Çünki bu Oyunları təşkil etmək olduqca çətin idi. Ümumiyyətlə, ilk dəfə keçirilən Oyunları təşkilİ çətin olur. Sizin üçün isə bu yarışı keçirmək qismən asan olacaq. Çünki Kazan təcrübəsinə əsaslanacaqsınız. Bizim də II Avropa Oyunlarını keçirmək təcrübəmiz var. sentyabrın 9-dakı tədbirdə MDB Oyunların nə vaxt və hansı ölkədə təşkili müzakirə ediləcək. Amma ilk olaraq, Azərbaycan və Belarus ikinci yarışa ev sahibliyi etmək təşəbbüsü ilə çıxış edib. Əlifba sırası ilə getsək, Azərbaycan növbəti yarışın təşkilatçısı olmalıdır. Amma hansı qərarın qəbul olunacağını mən bilmirəm”.
Qeyd edək ki, rəsmən sentyabrın 4-də start götürən I MDB Oyunları sentyabrın 11-də yekunlaşacaq.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »