Hayların burunlarını hərb meydanında əzməklə bərabər, mədəni-tarixi sərvətlərimizi özününküləşdirmələri ilə də pis-yaxşı mübarizə aparırıq.
İctimairey.az-ın məlumatına görə araşdırmaçı jurnalist Bəybala Mirzəyev bildirib ki, Lakin bu azmış kimi, indi də İranın fars-molla hökumətinin Nizami Gəncəvini “fars”laşdırmaq üçün yol verdiyi saxtakarlığa, dələduzluğa qarşı mübarizə aparmalı olacayıq. Mollalar Nizamiyə “fars şairi” donu biçmək üçün dəridən-qabıqdan çıxırlar.
Nizami Gəncəvi indi sağ olsaydı, çox güman ki, İran hökumətinin onu zorla “fars”laşdırmaq cəhdlərinə istehza ilə yanaşar, üstəgəl fars mollalarının ünvanına bir-iki sərt həcv də yazardı. Lakin heyf ki, bu gün Şeyx babamız özünü müdafiə edə bilmir.
Ona görə də böyük Azərbaycan övladı, qədim Gəncənin yetirməsi Nizami Gəncəviyə tam gücü ilə sahiblənməyimiz həqiqətən də artıq şərəf məsələsinə çevrilməkdədir.
Həmçinin Şah İsmayıl Xətaiyə də sahiblənməliyik. Şah babamız da lap çoxdan mollaların hədəfindədir. Və Nizaminin ardınca yəqin ki, Şah İsmayıl Səfəvini də “fars”laşdırmaq, “iranlı”laşdırmaq üçün kampaniya başladacaqlar.
Biz bu kimi məsələlərdə cənub qonşumuzun təxribatlarını önləmək yönündə əsla passivlik göstərməməliyik. Çünki bu gedişlə bir də görəcəyik ki, xislət etibarilə irqçi-türkəfob haylardan heç də geri qalmayan panfarsçı molla rejimi hətta İranın hansısa bir kəndini UNESCO tərəfindən bizim Gəncəli Nizaminin “ata yurdu” kimi qeydiyyatdan da keçirib.
P.S.
Bir sözlə, ermənilərlə işi bitirdikdən sonra əsas mübarizə istiqamətimiz İranın mədəni-ideoloji təxribatlarını önləmək olmalıdır.
P.P.S. Yeri gəlmişkən, mayın 23-də Şah İsmayıl Xətainin vəfatının 500-cü ildönümü tamam olur. 500 illiyi qeyd etmək lazımdır.
Comments are closed.