Taker Karlson ABŞ-ı “Şimal axını”nı partlatmaqda ittiham edib

0

Amerikalı teleaparıcı Taker Karlson ABŞ dövlətini “Şimal axını” (SP) qaz kəmərlərini partlatmaqla Almaniyanın enerji təchizatını məhv etməkdə ittiham edib.

İctimai Rəy Musavat.com-a istinadla xəbər verir ki, jurnalist bu barədə Macarıstanın baş naziri Viktor Orbanın siyasi müşaviri Balaz Orbanla öz internet səhifəsində müsahibəsi zamanı bildirib.

“NATO-nun ideyası ondan ibarətdir ki, biz hamımız bu işdə birlikdəyik. Biz bir-birimizin maraqlarına uyğun işləyirik, bir-birimizi qoruyuruq. Lakin NATO lideri ABŞ alyansın ikinci ən böyük üzvü olan Almaniyanın daxili enerji təchizatını məhv etdi”, – Karlson bildirib.

Teleaparıcı deyib ki, əgər ABŞ Almaniyaya hücum edirsə, o zaman Almaniya və ABŞ-ın necə müttəfiq olaraq qala bilərlər. Karlson NATO-nun alyansa üzv ölkələrin suverenliyini gücləndirməkdənsə, ona əngəl törətdiyini iddia edib.

“Məncə, alyans qorxuncdur, biz onu dərhal ləğv etməliyik”, – jurnalist qeyd edib. O, həmçinin deyib ki, NATO-nun mövcudluğu Qərb ölkələrinin “öz sivilizasiyasını” qoruyub saxlamağa kömək etmək əvəzinə onu məhv etməsinə bir nümunədir.

Bundan əvvəl Karlson artıq ABŞ prezidenti Co Bayden administrasiyasını “Şimal axını” qaz kəmərlərini qəsdən zədələməkdə ittiham etmişdi.

Qeyd edək ki, Taker Karlson bir neçə ay öncə Moskvada RF prezidenti Vladimir Putinlə görüşüb müsahibə alaraq ABŞ-yə qayıtdıqdan sonra ardıcıl olaraq Rusiyayönümlü açıqlamalar verir, Putini dəstəkləyir, vətəndaşı olduğu dövlətin siyasətini tənqid edir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »