Fransa səfiri Azərbaycana QAYITDI

0

Fransa səfiri Azərbaycana qayıdıb.

İctimai Rəy APA-ya istinadən xəbər verir ki, Fransa səfiri Ann Buayon Azərbaycana qayıdıb və diplomatik fəaliyyətini davam etdirir.

Xatırladaq ki, Fransanın Azərbaycandakı səfiri Bakı və Paris arasında gərginləşən münasibətlər fonunda aprelin 16-da məsləhətləşmələr üçün geri çağırılmışdı. Fransa XİN-in yaydığı bəyanatda qeyd olunmuşdu ki, xanım diplomatı Fransa Prezidenti Emmanuel Makron qəbul edib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »