Azərbaycan Prezidenti qambiyalı həmkarını COP29-a DƏVƏT EDİB

0

Azərbaycan Prezidenti İlham Əliyev Qambiya Prezidenti Adama Barrounu (Adama Barrow) noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib.

İctimai Rəy xəbər verir ki, bu barədə Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov “X” hesabında yazıb.

N.Səfərov Qambiyanın Mərakeşdəki səfiri Saffi Lou Sisey (Saffie Lowe Ceesay) ilə görüşüb və dəvət məktubunun surətini ona çatdırıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »