Hikmət Hacıyevdən sülhməramlılarla bağlı AÇIQLAMA

0

Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə danışıb.

İctimai Rəy xəbər verir ki, Hikmət Hacıyev məlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırıb.

– Mediada gedən məlumata və Rusiya Federasiyası tərəfindən verilmiş rəsmi açıqlamaya görə, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının çıxarılması prosesinə başlanılmışdır. Bu məlumatı necə şərh edərdiniz?

– 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilmişdir. Artıq proses başlanılmışdır, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »